BAKI, 1 may. TELEQRAF
Vatikan hakimiyyəti Roma Papası Fransiskin dəfn mərasimi zamanı dron hücumundan ehtiyat edib.
Teleqraf xəbər verir ki, bu barədə “National Interest” jurnalı mənbələrə istinadən məlumat yayıb.
“Papanın dəfn mərasimi zamanı hava təhdidlərinin qarşısını almaq üçün Vatikanın hava məkanında bütün təyyarələrə tam qadağa qoyulub", - nəşr bildirib.
Qeyd edilir ki, minlərlə hərbçi, o cümlədən PUA əleyhinə sistemlər həm Vatikan, həm də Romanın müdafiəsini təmin edib.