BAKI, 29 aprel. TELEQRAF

Kəşmirdə baş verən son terror aktından sonra Yeni Dehlinin siyasi ritorikasını nəzərə alsaq, Hindistan və Pakistan arasında gərginliyin artması mümkündür.

Teleqraf xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif bildirib.

"Hindistan mediası, siyasətçiləri və baş naziri Pakistanı ləkələmək üçün fürsət axtarır və ya heç bir sübut olmadan dövləti qaralamaq üçün son hadisələrdən istifadə etməyə çalışırlar", - nazir deyib.

Asif əlavə edib ki, Pakistan iki ölkə arasında vəziyyəti gərginləşdirmək niyyətində deyil. Lakin bu, o demək deyil ki, Hindistan hücuma cəhd etsə, Pakistandan uyğun cavabla qarşılaşmayacaq.

Pakistanın Müdafiə Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, o, iki dövlət arasında münaqişənin nüvə silahından istifadə ilə bağlı daha genişmiqyaslı qarşıdurmaya keçə biləcəyinə inanmır.