BAKI, 25 aprel. TELEQRAF
"Hindistanın idarə etdiyi Cammu və Kəşmirdəki terror hücumunda yalançı bayraqdan istifadə edilməsindən şübhələnirik".
Teleqraf xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif “Əl-Cəzirə” telekanalına müsahibəsi zamanı danışıb.
Nazir Asif Cammu və Kəşmirdəki terror hücumunun dəqiqliklə təşkil edildiyini iddia edib.
Hindistan rəsmilərinin Pakistanın hücumda əli olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edən Asif ölkəsinin Cammu və Kəşmirdəki silahlı qruplarla heç bir əlaqəsinin olmadığını bildirib.