BAKI, 24 aprel. TELEQRAF

Pakistan Hindistanla bütün ikitərəfli razılaşmaları dayandırır.

Teleqraf xəbər verir ki, bu barədə Pakistanın Təhlükəsizlik Şurası məlumat yayıb.

***

15:48

Pakistan Hindistanla sərhəddə yerləşən məşhur "Vağah" sərhəd-keçid məntəqəsini bağlamaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Pakistanın Təhlükəsizlik Şurası məlumat yayıb.

Qərarın səbəbi hələlik açıqlanmayıb, lakin bu addım iki ölkə arasında artan gərginlik fonunda atılıb.

***

15:22

Hindistanın Pakistanda terrorizmə maliyyə dəstəyi verdiyinə dair sübutlar var.

Teleqraf xəbər verir ki, bu barədə Pakistanın Təhlükəsizlik Şurası məlumat yayıb.

***

15:01

Pakistan Hindistan üçün öz hava məkanını bağlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Pakistanın Təhlükəsizlik Şurası məlumat yayıb.

Qərarın səbəbi və detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Hindistan Pakistan vətəndaşları üçün viza xidmətlərini dayandırır. Hindistan eyni zamanda, öz vətəndaşlarını tezliklə Pakistanı tərk etməyə çağırıb.