BAKI, 19 aprel. TELEQRAF

"Pasxa atəşkəsi" elan edən Rusiya Prezidenti Vladimir Putin Kiyevdən də eyni nümunəni göstərmələrini istəyib.

Teleqraf xəbər verir ki, dövlət başçısı aprelin 19-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovla görüşdə Ukrayna ilə "Pasxa atəşi" elan edib.

V.Putin deyib ki, bu qərarı humanitar mülahizələrə əsaslanaraq qəbul edib.

Atəşkəs aprelin 19-u saat 18:00-da başlayacaq və bazar ertəsi gecə saat 12-yə qədər qüvvədə olacaq.

Eyni zamanda, Prezident Rusiya hərbçilərini "Pasxa atəşkəsi"nin qarşı tərəfin pozacağı halda "düşmənin təxribatlarını dəf etməyə hazır olmağa" çağırıb.

Xatırladaq ki, Rusiya və Ukrayna arasındakı müharibə 2022-ci il fevralın 24-dən davam edir.

2023-cü ilin yanvar ayında Rusiya hakimiyyəti “Milad atəşkəsi” elan etmişdi, lakin döyüşlər dayanmamışdı.