BAKI, 19 aprel. TELEQRAF

İran və ABŞ arasında nüvə proqramı ilə bağlı danışıqların ikinci raundu başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı İranın dövlət televiziyası yayıb.

Məlumata görə, hər iki tərəf gələn həftə danışıqların üçüncü raundunun keçirilməsi barədə razılığa gəlib.

***

15:04

ABŞ və İran danışıqlarında uranın zənginləşdirilməsi səviyyəsi ilə bağlı fikir ayrılığı yaranıb.

Teleqraf xəbər verir ki, bu barədə ərəb dilli "Əlhədəs" xəbər kanalı məlumat verib.

***

13:43

İran və ABŞ arasında nüvə proqramı ilə bağlı danışıqların ikinci raundu Omanın İtaliyadakı səfirinin iqamətgahında başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı İranın dövlət televiziyası yayıb.

***

13:38

İran nümayəndə heyəti ABŞ ilə danışıqların keçiriləcəyi məkana çatıb.

Teleqraf xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçinin rəhbərlik etdiyi heyətin görüntüləri XİN rəhbərinin "Telegram" kanalında yayımlanıb.

Danışıqlar Omanın İtaliyadakı səfirinin iqamətgahında baş tutacaq və ABŞ nümayəndə heyətinin də yaxın saatlarda ora gələcəyi gözlənilir.