BAKI, 19 aprel. TELEQRAF
ABŞ və Kiyevin digər müttəfiqləri gələn həftə Londonda keçiriləcək görüşdə Ukraynada atəşkəs planını razılaşdırmaq niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə “New York Post” nəşri Vaşinqton administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb.
Bildirilib ki, ABŞ danışıqlar masasına Rusiyanı da gətirmək üçün sanksiyaların yumşaldılmasını və Qərbdə dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin blokdan çıxarılmasını təklif etməyi planlaşdırır.
Nəşr yazır ki, Vaşinqton görüşdən sonra Rusiya ilə danışıqlara başlamağı nəzərdən keçirir.
Bundan əvvəl “Bloomberg” agentliyi ABŞ hakimiyyətinin Moskva ilə mümkün sülh sazişi çərçivəsində Krımı Rusiya ərazisi kimi tanımağa hazır olduğunu qeyd edib.