BAKI, 18 aprel. TELEQRAF

Ermənistanın Radio və Televiziya Komissiyasının sədri Tiqran Akopyan ölkənin dövlət multipleksində yayımlanan Rusiya televiziya kanallarının sayının azaldılmasının zəruri olduğunu bildirib.

Teleqrfa xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Tiqran Akopyanın sözlərinə görə, xarici telekanalların Ermənistanın dövlət multipleksində iştirakı əhəmiyyətli dərəcədə azaldılmalıdır.

Qeyd edək ki, hazırda Ermənistanda yalnız “Birinci Kanal”, “Kultura” və “RTR-Planeta” yayımlanır.