BAKI, 3 iyul. TELEQRAF

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.

İlkin məlumata görə, qadın sürücünün idarə etdiyi "Lynk & Co" markalı avtomobil idarəetmədən çıxaraq yoldan kənara aşıb və Gəncə Şəhər Milli Dram Teatrının köhnə binasının hasarına çırpılıb.

Qəza nəticəsində avtomobildə sərnişin qismində olan 1996-cı il təvəllüdlü Arzu Asif qızı müxtəlif bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım vasitəsilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Onun müalicəsinin davam etdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.