BAKI, 3 iyul. TELEQRAF
Kapitallaşmaya görə dünyanın ən böyük iki kriptovalyutası olan "Bitcoin" və "Ethereum" qiymət artımı nümayiş etdirib.
Teleqraf xəbər verir ki, "Binance" kriptobirjasının məlumatlarına əsasən, "Bitcoin"in dəyəri 2,68% artaraq 61,583 min dollara yüksəlib.
Eyni vaxtda "Ethereum"un məzənnəsi isə 6,14% bahalaşaraq 1,708 min dollara çatıb.