BAKI, 3 iyul. TELEQRAF

Qızılın fyuçers qiyməti beynəlxalq əmtəə bazarında son günlərdəki yüksəlişini davam etdirir.

Teleqraf xəbər verir ki, "Comex" əmtəə birjasında 2026-cı ilin avqust ayı üzrə qızıl fyuçerslərinin dəyəri iyunun 22-dən bəri ilk dəfə olaraq bir troya unsiyası üçün 4 200 dolları ötüb.

Ticarət məlumatlarına əsasən, qızılın qiyməti 1,96% bahalaşaraq 4 206,7 dollara çatıb.