BAKI, 3 iyul. TELEQRAF

Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 1975-ci il təvəllüdlü Səbinə İzatova yolu keçmək istəyərkən onu mikroavtobus vurub.

Qəza nəticəsində ağır xəsarətlər alan qadın təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Hazırda onun müalicəsi davam etdirilir.

Hadisəni törədən sürücünün izahatı alınıb.

Faktla bağlı araşdırma aparılır.