
BAKI, 18 aprel. TELEQRAF
Peskov: Ukrayna ilə bağlı danışıqlar çətinliklə aparılır
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
Onun sözlərinə görə, Ukraynada sülhün bərpası ilə bağlı danışıqlar asan getmir.
“Əlaqələr kifayət qədər çətin aparılır, çünki söhbət mürəkkəb bir mövzudan - Ukraynadakı vəziyyətin tənzimlənməsindən gedir”, - Peskov bildirib.