BAKI, 9 aprel. TELEQRAF
"Almaniya yaşıl enerji ilə bağlı təcrübələrə görə demək olar ki, iflas edib".
Teleqraf xəbər verir ki, bunu Ağ Evdə çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp bildirib.
"Onlar küləyə getdilər. Külək çox da güclü əsmirdi. Və hər cür başqa şeylərə keçdilər. Bilirsiniz, bu yeni yaşıl fırıldaq Almaniyanı da vurdu. Və təxmin edin nə? İndi onlar kömürə qayıdırlar", - Tramp çıxışı zamanı deyib.
Tramp əlavə edib ki, Almaniya hazırda ölkə daxilində kömürlə işləyən elektrik stansiyaları açmağa davam edir.