BAKI, 9 aprel. TELEQRAF
Mərkəz sağçı Xalq Partiyası (ÖVP), Sosial Demokrat Partiyası (SPÖ) və Liberal Yeni Avstriya Partiyasından (NEOS) ibarət Avstriya hökuməti vatsap və teleqram kimi mesajlaşma proqramlarını tənzimləmək üçün qanun layihəsi hazırlayıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.
Məlumata görə, vatsap və teleqram kimi tətbiqlərə nəzarətlə bağlı qanun layihəsi parlamentin alt komitəsinə göndərilib.
Qanun layihəsinin məqsədi terrorçuluğun və digər cinayət fəaliyyətlərinin qarşısını vaxtında almaqdır.