.jpg)
BAKI, 9 aprel. TELEQRAF
ABŞ-də Ali Məhkəmə Tramp administrasiyasının 16 min federal hökumət işçisini sınaq müddəti ilə işdən çıxarmaq planını təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə "CBS" telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, yeni qərar Kaliforniyada işdən çıxarılan işçilərin işə bərpa olunmasını əmr edən aşağı federal məhkəmənin qərarını ləğv edib.
Sözügedən departamentlər Energetika, Daxili İşlər, Kənd Təsərrüfatı nazirlikləri, Xəzinədarlıq, Veteranlar İdarəsi və Pentaqondur. Xüsusilə, Ali Məhkəmə bunu əvvəlki qərarın “yalnız doqquz qeyri-kommersiya təşkilatının iddiaları əsasında” qəbul edilməsi ilə izah edib ki, bu da qanunun tələblərinə cavab vermir.
Qeyd olunur ki, bir və iki illik sınaq müddətində olan federal hökumət işçiləri İlon Maskın nəzarəti altında ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) təşəbbüsü ilə hökumət aparatının ixtisarına dair genişmiqyaslı kampaniyanın ilk qurbanları oldular.
Merilend ştatının federal dairə məhkəməsi hazırda Tramp administrasiyasının sınaq müddətində olan məmurları işdən çıxarmaq qərarına kollektiv şəkildə etiraz edən 19 ştatın iddiasına baxır.