BAKI, 9 aprel. TELEQRAF

ABŞ-nin Virciniya ştatında atışma nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə "TRT Haber" kanalı məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla 17:30-da baş verib. Hadisənin təfərrüatı barədə hələlik məlumat yoxdur.

Yaralılar xəstəxanaya çatdırılıb.