BAKI, 9 aprel. TELEQRAF

Amerikalı konqresmen, əslən ukraynalı olan Viktoriya Sparts Prezident Volodimir Zelenskini axmaq və fırıldaqçı adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə konqresmenin saytındakı press-relizdə qeyd edilib.

"Ukrayna ordusuna Rusiya ilə amansız döyüşdə qalib gəlməyə kömək etmək üçün böyük enerji sərf etmişəm. Təəssüf ki, əgər ölkənizi Zelenski və onun kukla parlamenti kimi axmaqlar və fırıldaqçılar idarə edirsə, bu, ümidsiz bir işdir", - konqresmen deyib.

Onun sözlərinə görə, Kiyev itirilmiş əraziləri qaytara bilməyəcək, çünki bu reallıqdır.