BAKI, 9 aprel. TELEQRAF

Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf-a bildirilib ki, aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.