BAKI, 9 aprel. TELEQRAF
Birləşmiş Ştatlar hökuməti Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğv edilmiş 5 proqramını bərpa etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd olunur ki, USAID administratorunun səlahiyyətlərini icra edən Ceremi Levin Livan, Suriya, Somali, İordaniya, İraq və Ekvadorda proqramların bərpa edilməsi xahişi ilə hökumətə müraciət edib.
Proqramların bərpası barədə qərar ABŞ konqresinin təzyiqindən sonra verilib.
Fevralın sonunda ABŞ prezident administrasiyasının USAİD və Dövlət Departamentinin xarici yardımla bağlı müqavilələrinin 90%-dən çoxunu ləğv etmək niyyətində olduğu bildirildi.
Qeyd olunur ki, ABŞ USAID vasitəsilə təxminən 60 milyard dollar məbləğində xarici yardımı dayandırmağı planlaşdırır.