BAKI, 9 aprel. TELEQRAF

ABŞ ordusu Yəmənin cənub-qərbindəki İbb əyalətində telefon qovşağına zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə Yəmənin "Al Masirah" telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Amerika hərbçiləri ən azı üç zərbə endirib. Yerli sakinlərin hələ də mobil rabitə xidmətlərinə çıxışının olub-olmaması aydın deyil.