BAKI, 9 aprel. TELEQRAF

Çinin Hebey əyalətinin Çenqde şəhərində qocalar evində yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə "Sinxua agentliyi" məlumat yayıb.

Məlumata görə, yanğın aprelin 8-i, saat 21:00 radələrində baş verib. Hadisə zamanı azı 20 nəfərin öldüyü bildirilir.

Yanğının başvermə səbəbləri araşdırılır.