BAKI, 9 aprel. TELEQRAF
Gürcüstanda elektrik enerjisinin verilişində ölkə boyu fasilələr yaranmağa başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli sakinlərə istinadən "Mash" teleqram kanalı məlumat yayıb.
Sakinlərin sözlərinə görə, hazırda Tbilisi, Batumi və Kutaisidə ümumiyyətlə elektrik enerjisi yoxdur. Mövcud vəziyyətlə əlaqədar otellər, kazinolar və digər təşkilatlar generatorlardan istifadə edir.
Hazırda “Batumi, Poti , Kutaisi, Borjomi , Kaspi , Zuqdidi , Telavi və Tbilisinin bir sıra rayonlarının bir hissəsində” elektrik enerjisi yoxdur.
Hadisənin səbəbi və bərpa müddəti dəqiqləşdirilir.