BAKI, 9 aprel. TELEQRAF

Dominikan Respublikasının paytaxtında “Jet Set” gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 79-a çatıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Mərkəzinin məlumatında qeyd olunur.

Dağıntılar altında qalan insanların axtarışları davam edir.

Xəstəxanaya yerləşdirilənlərin sayı 150 nəfəri ötüb.

Ölkədə baş vermiş faciə ilə əlaqədar üçgünlük milli matəm elan edilib.