
BAKI, 27 mart. TELEQRAF
Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri ölkənin keçmiş baş müftisi Şeyx Əhməd Bədrəddin Hassunu Dəməşq hava limanında həbs edib.
Teleqraf xəbər verir ki, bu barədə Suriya televiziyası xəbər yayıb.
Məlumata görə, din xadimi ölkədən qaçmağa cəhd edib.
“Sham FM” radiosunun məlumatına görə, Şeyx Hassun təcili əməliyyat olunmaq üçün Əmmana gedirmiş. Keçmiş müfti müalicə üçün İordaniyaya getmək istəyi barədə əvvəlcədən rəsmi məlumat verib. Lakin hava limanının VİP salonuna çatdıqdan bir neçə dəqiqə sonra o, həbs edilib.