BAKI, 27 mart. TELEQRAF

Parisdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə fransalı həmkarı Emmanuel Makronun görüşü olub.

Teleqraf xəbər verir ki, bu barədə V.Zelenski öz sosial şəbəkə hesabında yazıb.

O, Fransaya Rusiyanın hücumlarından müdafiə istiqamətində Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkür edib: “Xüsusilə fransız istehsalı olan döyüş təyyarələrinə görə sizə minnətdaram. Onlar hava qalxanımız rolunu oynayır. Müharibəni necə bitirəcəyimizlə bağlı müzakirələrə başlamışıq və buna davam edəcəyik”.

Qeyd edək ki, Fransa Prezidenti bu gün Ukraynaya daha 2 milyard avroluq hərbi yardım ayırdıqlarını bildirib.