
BAKI, 29 mart. TELEQRAF
Ermənistanda seçkiöncəsi sükut günü məhdudiyyətlərin pozulması ilə bağlı “Müstəqil müşahidəçi” missiyası Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edəcək.
Teleqraf yerli saytlara istinadən xəbər verir ki, bu barədə "Müstəqil Müşahidəçi" missiyasının nümayəndəsi Daniel İoannisyan açıqlama yayıb.
O bildirib ki, Gümrü seçkilərində iştirak edən arxiyepiskop Baqrat Qalstanyan bu gün Seçki Məcəlləsinin 19-cu maddəsini pozaraq internetdə fəal təbliğat və əks-təbliğat aparıb.
Missya təmsilçisi vurğulayıb: “Sözügedən əməl inzibati xəta hesab olunur və İnzibati Xətalar Məcəlləsinin 40.1-ci maddəsinə əsasən 400-600 min dram məbləğində cərimə edilir”.