YEVLAX, 30 mart. TELEQRAF

Yevlaxda sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması zamanı ağır yaralanan gənc xəstəxanada vəfat edib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə hadisə az öncə qeydə alınıb.

Əkşəm kəndi yaxınlığında "VAZ 2106" markalı avtomobillə sərnişin mikroavtobusunun toqquşması zamanı ağır yaralanan gəncin həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Vüsal Məmmədov reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, məlum qəzada 6 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdi.

Faktla bağlı araşdırma aparıllr.