BAKI, 24 mart. TELEQRAF

Rusiya nümayəndə heyəti Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ nümayəndələri ilə danışıqların aparıldığı yerə gəlib.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Danışıqlar "Ritz-Carlton" otelində qapalı formatda keçirilir. Müzakirə mövzusu Rusiya-Ukrayna münaqişəsidir.

Məlumata görə, görüşün başlanğıcında jurnalistlərə yalnız foto və videoçəkilişlər etməyə icazə verilib. Səudiyyə Ərəbistanının təhlükəsizlik rəsmiləri jurnalistlərdən oteli tərk etmələrini xahiş edirlər.

***

10:04

BAKI, 24 mart. TELEQRAF

Rusiya və ABŞ nümayəndə heyətləri Ukrayna münaqişəsinin həlli üçün Səudiyyə Ərəbistanınının paytaxtı Ər-Riyadda danışıqlara başlayacaqlar.

Teleqraf TASS-a istinadla xəbər verir ki, Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək.

ABŞ nümayəndə heyətininin tərkibinə isə Dövlət Departamentinin Siyasi planlaşdırma direktoru Maykl Anton, həmçinin Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqun köməkçiləri və milli təhlükəsizlik müşaviri Mayk Uolsun daxildir.