BAKI, 24 mart. TELEQRAF

Fransalı aktyor Jerar Depardye “Yaşıl dalğalar” filminin çəkiliş meydançasında cinsi təcavüzə yol verdiyi martın 25-də Parisdə məhkəmə qarşısına çıxacaq.

Teleqraf xəbər verir ki, bu barədə "Le Temps" qəzeti məlumat yayıb .

Aktyorun səhhəti ilə əlaqədar məhkəmə prosesi 2024-cü ilin oktyabrından təxirə salınıb.

İki qadın - 53 yaşlı quruluşçu rəssam Ameli və 33 yaşlı rejissor köməkçisi Depardyeni 2021-ci ilin sentyabrında baş verən insidentlərdə ittiham ediblər.

Aktyorun vəkilləri tibbi səbəblərə görə məhkəmənin təxirə salınmasına nail olublar.

“Depardye bütün ittihamları qəti şəkildə rədd edir, onları yalan adlandırır”, - onun nümayəndələri bildiriblər.