BAKI, 24 mart. TELEQRAF

Martın 24-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Rostov vilayətinə kütləvi hava hücumu həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Yuri Slyusar öz Telegram kanalında məlumat verib .

Əməliyyat nəticəsində Aksayski, Oktyabrski, Krasnosulinski, Ust-Donetski, Zernogradski və Myasnikovski də daxil olmaqla bir sıra rayonlarda, həmçinin Novoşaxtinskdə və Rostova yaxınlaşmalarda pilotsuz uçuş aparatları (PUA) vurulub. İlkin məlumatlara görə, tələfat və dağıntı qeydə alınmayıb.