
Polşada orta əsrlərə aid artefaktların qazıntıları zamanı İkinci Dünya Müharibəsi zamanı vurulmuş Sovet qırıcı təyyarəsinin qalıqlarını aşkar edilib.
Teleqraf xəbər verir ki, bu barədə "RMF 24" məlumat yayıb .
Qazıntılar Viqoda kəndi yaxınlığındakı meşədə aparılıb. İlkin məlumatlara görə, hissələr La-5 və ya La-7 qırıcısına aiddir.
Daha sonra gövdənin parçaları, mühərrik, aileronlar və bəzi alətlər tapılıb.
Polşa radiosu sovet qırıcısının alman təyyarəsi ilə hava döyüşünə girdiyini və vurulduğunu bildirib. Pilot katapult etsə də, paraşütü açılmadığı üçün sağ qala bilməyib.