BAKI, 22 mart. TELEQRAF

ABŞ-nin Las Kruses şəhərində atışma baş verib.

Teleqraf xəbər verir ki, nəticədə 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Ölənlərin 16-19 yaş arası gənclər olduğu bildirilir.

Hadisənin səbəbi açıqlanmır. Faktla bağlı araşdırma aparılır.