BAKI, 23 mart. TELEQRAF

Martın 17-də Bakıda itkin düşən üç rəfiqədən biri tapılıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə itkin kimi axtarışı elan edilmiş yeniyetmələrdən biri polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Daha öncə yayılan məlumata görə, qızlardan birinin anası onlarla əlaqə saxlayıb və qızların Əli adlı bir gənc oğlanla birlikdə Abşeron rayonunun Xırdalan şəhərində bir evdə qaldıqları aydınlaşıb.