BAKI, 23 mart. TELEQRAF

Kanadanın Baş naziri Mark Karni aprelin 28-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Karni bu barədə milli televiziyada yayımlanan xüsusi müraciətində məlumat verib.

"Mən indicə Kanadanın Baş Qubernatoru Meri Saymondan parlamenti buraxmağı və aprelin 28-nə seçki təyin etməyi xahiş etdim. O, razılaşdı", - Karni deyib.