
BAKI, 23 mart. TELEQRAF
İran müharibə aparmağa hazırdır, lakin bunu başlatmağa can atmır.
Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
O vurğulayıb ki, ABŞ ilə münasibətlərdə “diplomatik yol” hələ davam edə bilər.
Nazirin fikrincə, diplomatiyanın alternativi müharibədir, ona görə də dövlətlər diplomatik vasitələrdən istifadə etməyə çalışırlar. Lakin o etirah edib ki, bəzi hallarda münaqişə qaçılmazdır.
"İran həmişə müharibədən yayınıb, lakin buna tam hazırdır və bundan qorxmur", - Əraqçi bildirib.