
BAKI, 23 mart. TELEQRAF
ABŞ İrana qarşı hərbi əməliyyatlara başlaya bilər.
Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.
“Biz hər şeyi hərbi yolla həll etmək məcburiyyətində deyilik, lakin bu, o demək deyil ki, əgər bizi müəyyən nöqtəyə itələsələr, hərbi əməliyyatlara əl atmayacağıq, müəyyən şərtlər daxilində bunu edəcəyik”, - o, "Fox News"a müsahibəsində bildirib.
Uitkoff əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahına malik olmasına qarşıdır.
"Biz onların nüvə arsenalı yaratmağa başlamasına icazə verə bilmərik. Bu baş verməməlidir", - Amerika liderinin xüsusi nümayəndəsi bildirib.