BAKI, 23 mart. TELEQRAF

İstanbul Böyükşəhər və Beylikdüzü bələdiyyələrinə martın 26-da sədr müavinləri seçiləcək.

Teleqraf xəbər verir ki, bu barədə DİN-in İstanbul şöbəsi qərar verib.

Daha əvvəl İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Şişli bələdiyyə sədri Resul Emrah Şahan və Beylikdüzü bələdiyyə sədri Mehmet Murat Çalık vəzifələrindən uzaqlaşdırılıblar.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Şişli bələdiyyə sədri Resul Emrah Şahan və Beylikdüzü bələdiyyə sədri Mehmet Murat Çalık Türkiyə Daxili İşlər Nazirliyinin qərarı ilə vəzifələrindən uzaqlaşdırılıblar.