
BAKI, 23 mart. TELEQRAF
ABŞ Ukrayna böhranının həlli üçün Səudiyyə Ərəbistanında Rusiya ilə danışıqlardan real irəliləyiş gözləyir.
Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff deyib.
“Düşünürəm ki, martın 24-də Səudiyyə Ərəbistanında, xüsusən də Qara dənizdə atəşkəslə bağlı real irəliləyiş olacaq, bundan sonra təbii olaraq tam atəşkəsə doğru addımlar atacağıq”, - o bildirib.