BAKI, 23 mart. TELEQRAF

İsrail qüvvələri Qəzza zolağının cənubunda Fələstinin HƏMAS radikal hərəkatının Siyasi Bürosunun üzvü Salah əl-Bərdavili öldürüb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Bazar günü axşam İsrail ordusu və Şin Bet Qəzza zolağının cənubunda HƏMAS-ın planlaşdırma ofisinin rəhbəri Salah əl-Bərdavili öldürüb”, - deyə məlumatda bildirilir.