GƏNCƏ, 23 mart. TELEQRAF

Gəncədə suşidən zəhərlənən şəxslərə ilkin tibbi yardım edilib və ambulator müalicə üçün evə buraxılıblar.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilən şəxslər qohumdurlar və onların birlikdə suşi yedikləri bildirilir.

20:38

Gəncədə bir neçə nəfər zəhərlənmə diaqnozu ilə xəstaxanaya çatdırılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. İlkin məlumata görə, onlarn suşidən zəhərləndiyi ehtimal olunur.

Zəhərlənən şəxslərin kimliyi dəqiqləşdirilir.