BAKI, 23 mart. TELEQRAF

Polşa Belarusla sərhəddə sərhədçilərin sayını artırmaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə "RMF24" saytı məlumat yayıb.

500 nəfərlik ilk qrup bu il xidmətə qoşulacaq. Daxili İşlər Nazirliyinin rəhbəri Tomaş Siemonyakın sözlərinə görə, yeni sərhədçilər xüsusi təhlükə altında olan əraziləri qoruyacaqlar.

Bildirilir ki, Belarus sərhədində artan miqrasiya təzyiqi və hibrid təhdidlər fonunda Polşa hökuməti sərhəd təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirdiyini elan edib.

Semonayak ən riskli əraziləri qorumaq üçün 1500 yeni Sərhəd Patrul agenti işə götürəcək.