
BAKI, 23 mart. TELEQRAF
Romanın Gemelli xəstəxanasının eyvanından beş həftə sonra ilk dəfə ictimaiyyət qarşısına çıxan Papa Fransisk Azərbaycanla Ermənistan arasındakı sülh prosesini yüksək qiymətləndirib.
Teleqraf xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.
Roma Papası Azərbaycan və Ermənistana Cənubi Qafqazda sülhə doğru atılan addımlara görə minnətdarlığını bildirib.
“Qoy bu, digər münaqişələrin də dialoq və xoşməramlılıq yolu ilə həllini tapa biləcəyinə ümid əlaməti olsun”, - deyə o bildirib.