
BAKI, 22 mart. TELEQRAF
Amerikalı milyarder və Hökumətin Səmərəliyi Departamentinin rəhbəri İlon Mask transseksualları "Tesla" avtomobillərinə hücum etməkdə günahlandırıb.
Teleqraf xəbər verir ki, İlon Maskın çıxışları və atığı addımlar ABŞ-də "Tesla" şirkəti və onun törəmə qurumlarına qarşı kampaniyaları gücləndirib.
Mask hücumları “şər” adlandırıb.
O, "X"dəki yazısında transseksualların hormon inyeksiyalarına görə zorakılığa daha çox meylli olduğunu iddia edib.
Bu arada onun qızı Vivian Jenna "Wilson Teen Vogue" jurnalına verdiyi müsahibədə atasını "pafoslu kişi" adlandırıb.