
BAKI, 22 mart. TELEQRAF\
Rusiya daha iki ölkədə "Rus Evi" açacaq.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, bu yaxınlarda Braziliya və Madaqaskarda "Rus Evi" fəaliyyətə başlayacaq. Agentliyin məlumatına görə, daha altı ölkədə - Boliviya , Braziliya , İraq , Madaqaskar , Syerra-Leone və Taylandda "Rus Evi" üçün müqavilələr imzalanıb.
Dünyanın 20 ölkəsində 23 Rus Evi var. Onların yarıdan çoxu Afrika qitəsində yerləşir.
Qeyd edək ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra rəsmi Bakı fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.
"Rus Evi" ətrafındakı vəziyyət Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun Azərbaycan paytaxtına son səfəri zamanı müzakirə da olunub.