BAKI, 22 mart. TELEQRAF

Amerika Aerokosmik Agentliyi NASA Aya ilk qadın və ilk qaradərili göndərmək planından imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə "Guardian" qəzeti məlumat yayıb .

NASA 1972-ci ilin dekabrında Artemis proqramına uyğun olaraq 2027-ci ildə Aya ilk qadın və ilk qaradərili göndərəcəyini vəd etmişdi.

İndi isı agentlik öz internet səhifəsindəki Artemis səhifəsindən bu vədi çıxarıb.

NASA sözçüsü Allard Beutel "Guardian"a bildirib ki, vəd ABŞ prezidentinin federal agentliklərdə müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) təcrübələrini kökündən çıxarmaq əmrinə görə çıxarılıb.