BAKI, 20 mart. TELEQRAF

"BMT baş katibi Antonio Quterreş Rusiya və Ukrayna arasında vasitəçilik etmək təklifi ilə çıxış etməyib, amma belə bir rolu həyata keçirməyə hər zaman hazırdır".

Teleqraf xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçünün müavini Farhan Haq danışıb.

Haq vurğulayıb ki, Quterreş münaqişə tərəflərinin qarşılıqlı maraq göstərdiyi təqdirdə dialoq üçün platforma təqdim etməyə hazır olduğunu dəfələrlə bildirib.

"Baş katib artıq keçmişdə, məsələn, Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində bu istəyi nümayiş etdirib. BMT yardıma açıqdır və əlverişli şəraitdə belə bir təcrübəni təkrarlamağa hazırdır", - təşkilatın nümayəndəsi qeyd edib.