BAKI, 20 mart. TELEQRAF

Martın 20-dən etibarən xarici vətəndaşlar Belarusa elektron viza ilə daxil ola biləcəklər.

Teleqraf xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Bildirilir ki, yeni qaydalar ABŞ, Kanada, Aİ, Avstraliya, Yeni Zelandiya, Yaponiya və Böyük Britaniya da daxil olmaqla 67 ölkənin vətəndaşları üçün əlçatan olacaq.

Xarici İşlər Nazirliyi əlavə edib ki, elektron vizalar birdəfəlik olacaq və avtomatik olaraq 30 gündən çox olmayan müddətə veriləcək.