BAKI, 17 mart. TELEQRAF

Doqquz aydan çoxdur ki, Beynəlxalq Kosmik Stansiyada (BKS) qalan iki amerikalı astronavt Butch Vilmore və Suni Villiams martın 18-də Yerə qayıdacaqlar.

Teleqraf xəbər verir ki, bu barədə "NASA"nın rəsmi saytında məlumat verilib.

Xatırladaq ki, Vilmore və Villiams 2023-cü ilin iyununda "Boeing"in Starliner kosmik gəmisinin ilk ekipaj üzvləri kimi BKS-ə gedib. Yaranan texniki problemə görə, Starliner geri qayıda bilməyib və astronavtlar orbitdə qalmağa məcbur olub.