BAKI, 18 mart. TELEQRAF

"ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını yenidən paylaşmağa başlayıb. Bundan əlavə, Vaşinqton Kiyevə eyni həcmdə hərbi yardım göstərməyə davam edəcək".

Teleqraf xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Aleksus Qrinkeviç bildirib.

Qrinkeviç əlavə edib ki, hər gün kəşfiyyat məlumatları paylaşılır.